Azərbaycan bankçılığında yenilik!
Artıq mağazaya gedərkən, ödənişləri smartfon vasitəsilə etmək mümkündür
Müasir innovativ texnologiyaların inkişafına böyük önəm verən Kapital Bank, Azərbaycanda daha bir ilkə imza atıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, artıq alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Artıq mağazaya gedərkən, ödənişləri smartfon vasitəsilə etmək mümkündür.
“QR Pay” adlanan yeni ödəniş növündən istifadə etmək üçün BirBank tətbiqini telefona yükləmək kifayətdir. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta Kapital Bank-a aid olmayan kartdan da.
Odur ki, BirBank tətbiqi olan müştərilər müxtəlif mağazaların kassalarında “QR Pay” posterini gördükdə, ödənişi daha rahat və təhlükəsiz qaydada həyata keçirə bilərlər. Ödənişlərin bu formada olması həmçinin ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində yeni mərhələyə keçid hesab olunur.
Qeyd edək ki, hazırda 200 000-dən artıq BirBank istifadəçisi vardır. Tətbiqi iOS istifadəçiləri “App Store”dan, Android istifadəçiləri isə “Play Market”dən yükləyib, 1 dəqiqə vaxt sərf etməklə istənilən bankın kartı ilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün — www.kapitalbank.az/news/birbank-456.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl