"Auditor seçimində ayrı-seçkiliyə yol verilir"
Auditorlar Palatası auditor xidməti istifadəçilərinə müraciət edib. “Marja”nın məlumatına görə, müraciətdə qeyd edilir ki, auditor seçimində ayrı-seçkiliyə yol verilir.
“Aparılan təhlillər zamanı məlum olmuşdur ki, sön dövrdə müxtəlif şirkətlər və sahibkarlar auditor xidməti göstərilməsinə dair auditor seçimində tender və kotirovka sorğusu zamanı Auditorlar Palatasının üzvləri arasında ayrı-seçkiliyə yol verməklə haqsız rəqabətin yayılmasına zəmin yaradırlar.
Belə halların qarşısını almaq üçün xahiş olunur ki, auditor xidməti göstərilməsi üçün auditor seçimində tender və kotirovka sorğusu zamanı Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2017-ci il 30 İyun tarixli 288/2 saylı qərarı ilə təsdiq edilmiş “Audit sahəsində müsabiqə qaydaları və auditor seçimi üzrə metodik göstəriş”in şərtlərini nəzərə alasınız.
Metodik göstəriş istifadə üçün müvafiq dövlət qurumlarına göndərilmiş və Palatanın İnternet səhifəsində yerləşdirilmişdir”, - Palata bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl