Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"AtaSığorta"nın yeni filialı fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"AtaSığorta"nın yeni  filialı fəaliyyətə başlayıb

AtaSığorta” ASC sığorta xidmətlərinin daha əlçatan olması və müştərilərinə yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədilə yeni “Paytaxt” filialını istifadəyə verib.

 

Reklam_3_11

ASC-dən verilən məlumata görə, şirkətin “Paytaxt” filialı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, 24 ünvanında fəaliyyət göstərməyə başlayıb. Geniş əhali kütləsinə və sahibkarlara xidmət göstərməsi nəzərdə tutulan rahat filial binası müasir texnoloji avadanlıqlarla təmin edilib.

 

Açılış mərasimində çıxış edən İdarə Heyətinin üzvü Ramil Abdullayev mərasim iştirakçılarını salamlayıb: “AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial “AtaSığorta” ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcək. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək”.

 

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. "AtaSığorta", həmçinin təkrar sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 30-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

 

16.02.2017 08:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ