Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ neftin qiymətinə dair proqnozunu artırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ neftin qiymətinə dair proqnozunu artırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ neftin qiymətinə dair proqnozunu artırıb.

 

Reklam_3_11

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında bildirilir ki, cari ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 74 dollar, “Light” neftinin qiyməti isə 68 dollar/barrel olacaq. 2019-cu ildə “Brent” neftinin qiymətinin 75 dollar/barrel, “Light”ın bir barrelinin qiymətinin 69 dollar səviyyəsində olacağı nəzərdə tutulur.

 

EIA sentyabrdakı hesabatında “Brent”in bir barrelinin builki qiymətinin 73 dollar, “Light” neftinin qiymətinin 67 dollar/barrel, gələn il üçün isə müvafiq olaraq 74 dollar/barrel və 68 dollar/barrel olacağını proqnozlaşdırırdı

 

“Keçən həftə xam neftin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-ın İrana qarşı sanksiyalarının noyabrın 4-dən etibarən yenidən qüvvəyə minməsi nəticəsində İranın xam neft istehsalı və ixracının sərt şəkildə azalacağı nəzərdə tutulur. Yaponiya, Koreya Respublikası, Çin və Hindistan kimi əsas neft idxalçısı ölkələr İrandan xam neft tədarükünü qarşıdakı aylarda əhəmiyyətli dərəcədə azalmağı planlaşdırır”, - deyə hesabatda bildirilir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

11.10.2018 08:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ