Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

13 milyard 134 milyon manatı "yedik-içdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 milyard 134 milyon manatı "yedik-içdik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olmuşdur.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, ticarət dövriyyəsinin 13 milyard 133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 24,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,3 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

 

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

26 158,1

102,7

o cümlədən:

ərzaq məhsulları

 12 013,5 

102,2

içkilər və tütün məmulatları

1 120,4

101,0

toxuculuq məhsulları, geyim və ayaqqabılar

4 759,2

103,4

elektrik malları və mebellər

1 632,9

102,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

192,7

102,1

əczaçılıq və tibbi mallar

349,7

102,4

avtomobil yanacağı

1 485,2

101,9

digər qeyri-ərzaq məhsulları

    4 604,5

103,8

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 32,3 faizi isə bazar və yarmarkalarda satılmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

11.10.2018 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ