Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Türk Lirəsi üçün kritik gün - BAHALAŞIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi üçün kritik gün - BAHALAŞIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər yenilənir...


 

Reklam_3_11

Bu gün Türkiyədə ev həbsində olan amerikalı keşiş Endryu Kreyq Branson 4-cü dəfə hakim qarşısına çıxarılacaq.

 

"Marja" xəbər verir ki, Branson, PKK və FETÖ/PDY terror təşkilatları adına cinayət törətməkdə və casusluqda ittiham olunur. O, 35 ilə qədər həbs cəzası tələbi ilə mühakimə olunur.

 

Təxminən 2 ay öncə Bransonun səhhətindəki problemlər nəzərə alınaraq həbsxanadan evə köçürülüb.

 

Bir müddət öncə məhkəməyə, Branson barəsində ev həbsinin və xaricə çıxışı qadağasının ləğv edilməsi üçün müraciət edilmişdi. Məhkəmə müraciəti rədd etmişdi.

 

Bransonun məhkəməsi Bakı vaxtı ilə saat 10:30-da İzmir 3-cü Ağır Cinayət Məhkəməsində başlayacaqdır.

 

Məhkəmənin Bransonu sərbəst buraxacağı gözlənilir. Bu ehtimal Lirənin bahalaşmasına səbəb olur.

 

Bu gün Türk Lirəsi Dollar qarşısında 1% dəyər qazanıb. Bakı vaxtı ilə saat 10:14-də Dollar/TL məzənnəsi 5.8684 səviyyəsinə düşüb. Dünən Lirə Dollar qarşısında 3% bahalaşmışdı.

 

Qeyd edək ki, ABŞ, keşiş Endryu Bransonu azadlığa buraxılacağını gözlədiyini açıqlayıb. 

 

Bransonun həbs edilməsi və bu həbsə görə ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi Dolların bahalaşmasına səbəb olmuşdu.

 

"COMMERZBANK"IN PROQNOZU

 

"Commerzbank"ın İnkişaf edən bazarlar üzrə iqtisadçısı Tatha Ghose Türkiyədə ev həbsində olan ABŞ-lı keşiş Endryu Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin 5.50 TL səviyyələrinə düşə biləcəyini deyib. 

 

İqtisadçı keşişin buraxılmaması vəziyyətində məzənnənin çox hərəkət etməyəcəyini, ən çox 6.15-lərə yüksələcəyini bildirib. Çünki bu ehtimal artıq məzənnədə əks olunub.

 

Ekspert, yaxın gələcəkdə geosiyasi gərginliklərin də Türk Lirəsi üzərində əhəmiyyətli təsiri olacağını sözlərinə əlavə edib.

 

RABOBANK-IN PROQNOZU

 

"Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys 12 Oktyabrdakı məhkəmədə keşiş Bransonın sərbəst buraxılması vəziyyətində Dollar/TL məzənnəsinin  5.69-5.70 türk lirəsi səviyyələrinə düşəcəyini bildirib.

12.10.2018 08:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ