Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

KİV: ABŞ Türkiyəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
KİV: ABŞ Türkiyəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək

“Tərəflər arasındakı razılaşmaya əsasən, keşiş Branson azad ediləcək, ABŞ isə Türkiyəyə tətbiq etdiyi sanksiyaları ləğv edəcək”.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır. 

 

ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert də sözügedən məsələni təsdiqləyib: "Bransonun sərbəst buraxılması iki ölkənin əməkdaşlığı üçün önəmli bir addımdır".

 

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham olunan E.Bransona mütəşəkkil dəstəyə üzv olmaq və bu təşkilat adına cinayət işlətmək ittihamı ilə 15, dövlətin gizli bilgilərini sızdırmaq ittihamı ilə 20 il həbs cəzası tələb edilib. Lakin sonradan İzmir 2-ci Ağır Cəza Məhkəməsi E.Bransonun işi ilə bağlı yeni qərar qəbul edib. Məhkəmə bu il iyulun 25-də A.Branson barəsində həbs tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib. Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir. Dünən, Branson artıq azad edilib.

 

Qeyd edək ki, bu həftə Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi həftəni 5.8732 səviyyəsindən bağlanıb.

13.10.2018 07:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ