Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft Səudiyyə Ərəbistanının təhdidi ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Səudiyyə Ərəbistanının təhdidi ilə bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı, jurnalist Cemal Kaşıkçının itməsi ilə bağlı ABŞ sanksiyaları ilə üzləşməsi halında cavab addımları atacağını açıqlayıb. "Marja" xəbər verir ki, açıqlama neft qiymətlərinin yüksəlməsinə səbəb olub.
 

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi, sanksiyalarla qarşılaşmaları vəziyyətində daha sərt tədbirlərlə cavab verəcəklərini bəyan edib. Bu açıqlama, Səudiyyə Ərəbistanının nefti siyasi silah kimi istifadə edəcəyi şəklində qiymətləndirilir.

Reklam_3_11

 

Krallıq bu xəbərdarlığını, ABŞ Prezidenti Donald Trampın, Səudiyyə Ərəbistanının Kaşıkçının itməsi ilə əlaqəsinin müəyyənləşdirilməsi vəziyyətində "sərt sanksiya" ilə qarşılaşacağını bildirməsindən sonra verib. 
 

Səudiyyə Ərəbistanı xam nefti cəzalandırıcı alət kimi istifadə edərsə, on illərdir tətbiq etdiyi "nefti siyasətdən xaric saxlamaq siyasətini" pozmuş olacaqdır. Kanada ilə son diplomatik münaqişə zamanı, Səudiyyə Ərəbistanı, digər iqtisadi əlaqələrdə çox sərt tədbirlər görməsinə baxmayaraq, dövlətə məxsus "Aramco" şirkəti Şimali Amerika ölkəsindəki bir zavoda neft satışını davam etdirmişdi.

 

Krallıq nefti silah olaraq sonuncu dəfə 1973-1974-cü illərdə İsrail ilə Ərəb dövlətləri arasında müharibə zamanı neft embarqosu şəklində istifadə etmişdi.

 

Bakı vaxtı ilə saat 12:57-yə olan məlumata görə, Brent nefti 1%-ə yaxın bahalaşaraq 81,13 dollara qalxıb.

 

Səudiyyəli islahatçılar üçün mühüm bir platforma olan "Al Watan" qəzetinə dəstək verən və Qərb mediasında Orta Şərq ilə əlaqədar yazıları ilə tanınan Cemal Kaşıkçıdan, 2 Oktyabrda ölkəsinin İstanbul Baş konsolluğuna girdikdən sonra xəbər yoxdur. O, konsulluğa evlənmək ilə bağlı tələb olunan rəsmi sənədləşmə işləri üçün getmişdi. 

 

Kaşıkçı-nın itməsinin ardından konsulluqda öldürüldüyü iddialarını rədd edən Səudiyyə Ərəbistanı, onun Baş konsolluqdan çıxdığını və aqibəti ilə bağlı məlumatlarının olmadığını bildirir. 

15.10.2018 10:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ