Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalandı

İtaliyanın “Saipem” şirkətinin törəməsi “Saipem Contracting Netherlands BV” Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağının işlənməsi çərçivəsində “Boshelf LLC” və “STAR GULF FZCO” şirkətlərindən ibarət konsorsiumla müqavilə imzalayıb.

 

Bu barədə “Saipem” məlumat yayıb. Bildirilir ki, müqavilə dəniz infrastrukturunun mühəndis, satınalma və quraşdırma, eləcə də 12 düymlük boru xəttinin sınaq və istismar işlərini əhatə edir.

 

Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə Müəssisəsi (Join Operating Company Absheron Petroleum - JOCAP) həyata keçirir. Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında qiymətləndirmə və hasilat quyusunu qazır. “Total” şirkəti ilə birgə aparılan qazma işləri gələn il başa çatacaq. Yataqdan ilk hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur.

 

“Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının - 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək.

 

“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50 faiz) və “Total” (50 faiz) şirkətləridir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

15.10.2018 13:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ