Dubaydan Qəbələyə birbaşa aviareysin qiyməti məlum oldu

“FlyDubai” aviaşirkətinin birbaşa Dubay-Qəbələ mövsümi reyslərinə biletlərin qiyməti açıqlanıb.

 

“Gediş-qayıdış” aviabiletlərin qiyməti 250 dollar (Azərbaycan Mərkəzi Bankının fevralın 16-na olan rəsmi məzənnəsi ilə 432,4 manat) olacaq. Aviabiletlərin qiymətinə qidalanma, 20 kq qədər baqaj daxildir. 

 

Qeyd edək ki, daha öncə yayılan məlumata görə, Dubay-Qəbələ mövsümi aviareysləri cari ilin iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.

 

Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. 

 

©1news.az

16 Fevral 2017 , 16:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin