Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Turizmdə ya dövlət reyestri, ya da lisenziya olacaq - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Turizmdə ya dövlət reyestri, ya da lisenziya olacaq - AÇIQLAMA

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlərə lisenziyaların verilməsi qaydasının bərpa oluna bilər.

 

"AŞAĞI XİDMƏT GÖSTƏRƏN XEYLİ SAYDA ŞİRKƏT VAR"

 

“Marja”nın məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki,  turizm sahəsinə ölkə imicinə böyük zərbə vuran şirkətlər var.

 

“Bu sahədə lisenziyaların verilməsi 2015-ci ildə ləğv olunub. Məhz həmin illərdə Azərbaycana “gəlmə turizm” inkişaf etməyə başlayırdı. Ancaq sözsüz ki, inkişafın hər yeni mərhələsi yeni yanaşma, göstərilən xidmətin keyfiyyətinin artırılmasına yeni qaydaların tətbiq olunmasını tələb edir. Hazırda Azərbaycanda turizm sahəsində 2000-dən çox fiziki və hüquqi şəxs fəaliyyət göstərir. Ancaq bazarda turistlərə lazımi səviyyədə xidmət göstərən həqiqi professional iştirakçıların sayı bu rəqəmdən daha azdır. Əsas məqsədləri birdəfəlik daha çox gəlir əldə etmək olan xeyli sayda şirkət var ki, onlar turistlərə tam keyfiyyətdə xidmət göstərmək iqtidarında deyillər. Bu kimi şirkətlər turizm sahəsinə və bütövlükdə ölkə imicinə böyük zərbə vururlar. Göstərilmiş xidmətdən narazı qalan turist isə konkret şəxsi deyil, bütövlükdə Azərbaycanı tənqid edir. Bu isə yolverilməzdir”.

 

"İKİ YANAŞMA ÜZƏRİNDƏ İŞLƏYİRİK"

 

Fuad Nağıyev, “Hazırda bu sahədə dövlət nəzarətinin təmini mexanizmi üçün iki yanaşma üzərində işləyirik” deyərək sözlərinə belə davam edib: “Bu ya dövlət reyestri, ya da xüsusi icazələrin verilməsi mexanizmi ola bilər. Bu sahə artıq formalaşmağa başlayır və onun sistemləşdirilməsinə, strukturlaşdırılmasına ehtiyac yaranır”.

17.10.2018 06:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ