Tramp: Fed mənim üçün ən böyük təhdiddidr

ABŞ Prezidenti Donald Tramp, Amerika Mərkəzi Bankının (Fed) çox sürətli faiz artırdığını bildirərək, "Fed mənim üçün ən böyük təhdiddir",- deyib.
 

"Marja" xəbər verir ki, Tramp, Amerikanın televiziya kanalı "Fox Business"ə verdiyi müsahibəsində, Fed-i tənqid etməyi davam etdirib.
 

Bankın müstəqil olmasına görə pul siyasətini Fed sədri Jerome Pauell ilə müzakirə etmədiyini deyən Tramp, "Fed faizləri çox sürətlə artırır. Müstəqil olduğu üçün onunla  (Fed dədri Pauell) danışmamışam, amma etdiklərindən məmnun deyiləm, çünki çox sürətli faiz artırırlar", -ifadələrini istifadə edib.
 

Tramp, son inflyasiya rəqəmlərinin aşağı olduğunu və Fed-in faiz artırmağa davam etməsinin səhv olacağını bildirərək, "Fed mənim üçün ən böyük təhdiddir",- deyib.
 

Bu fikirlər ABŞ Prezidenti Donald Trampın, vəzifəyə gəlməsindən bu yana 6 dəfə faiz artıran Fed-ə qarşı ilk tənqidləri deyil. Tramp, keçən həftə "Fed-in səhv etdiyini düşünürəm. Fed ağlını itirib",- demişdi.
 

Güclü dolların Amerika şirkətlərinin işini çətinləşdirdiyini müdafiə edən Tramp, Fed sədri Powell-ı qovmağı düşünüb düşünmədiyi sualına "Xeyr. Onu qovmayacağam. Sadəcə, məyusam", - cavabını vermişdi.

17 Oktyabr 2018 , 12:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin