Şirkət rəhbərinin həbs müddəti artırılıb

Binəqədi Rayon Məhkəməsində “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov və onun səlahiyyətli nümayəndəsi-hüquqşünas Habil Fətəliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

 

Hakim Abbas Rzayevun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib.

 

Hər iki şəxsin həbs müddəti daha 3 ay uzadılıb.

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, istintaq zamanı “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərməklə faktiki olaraq mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Xatırladaq ki, C.Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verilib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

18 Oktyabr 2018 , 09:51   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin