"Vətəndaşlar xarici turistlərə qarşı tolerant olmalıdır"
“Azərbaycana turizm axınına cəmiyyətdə müxtəlif reaksiyalar var”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən Milli Turizm Sammitindəki çıxışı zamanı deyib.
“Azərbaycan xalqı həmişə qonaqpərvər və tolerant olub. Biz bütün vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq. Xarici turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, onların ölkəmizdən məmnun ayrılması bu sahədə çalışan hər kəsin marağında olmalıdır. Əlbəttə ölkə üzrə turizmin inkişafını bir tək qurumla bağlamaq olmaz. Turizm böyük bir çarxdır. Bu çarzın aparıcı qüvvələrinə turizm sahəsində çalışan, bu sahə ilə əlaqəsi olan hər kəsi aid etmək olar. Bu sahədə çalışan hər kəs üzərinə düşən məsuliyyəti hiss etməlidir", - deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycanın yeni turizm brendi ölkə ictimaiyyətinə təqdim olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. əvvəl
-
2 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl