Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"İpək Yolu Sığorta": Bu fəaliyyət yüksək gəlirli deyildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İpək Yolu Sığorta": Bu fəaliyyət yüksək gəlirli deyildi

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə, “İpək Yolu Sığorta”ASC-nin müraciəti əsasında təkrarsığorta lisenziyası ləğv edilib. ASC-dən bildirilib ki, təkrarsığorta lisenziyasından "yüksək gəlirli olmadığına görə" imtina edilib:

 

Təxminən 1 il idi ki, təkrarsığorta risklərini qəbul etmirdik. Bu fəaliyyət o qədər də yüksək gəlirli deyildi. Buna görə də, lisenziyanın ləğvi üçün Palataya müraciət olundu və müvafiq qərar qəbul edildi. Hələ ki, təkrarsığorta ilə bağlı planlar yoxdur”.

 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Sənaye Sığorta” ASC-dən “Marja”nın sorğusuna cavab olaraq bildirilib ki, təkrarsığorta lisenziyasından "faktiki olaraq təkrarsığorta riskləri qəbul etmədiyinə görə" imtina edilib.

 

“Azərbaycan Sənaye Sığorta” ASC 2015-ci ildən etibarən faktiki olaraq təkrarsığorta riskləri qəbul etmir və bununla bağlı qanunvericiliyə tam uyğun fəaliyyət göstərir.

 

Təkrarsığorta lisenziyasının könüllü qaydada geri təhvil verilməsi “Azərbaycan Sənaye Sığorta” ASC-nin sığorta fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Şirkət müştərilərə yüksək keyfiyyətli xidmət verir və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir".

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report, Marja

19.10.2018 08:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ