Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək - MÜQAVİLƏ
Fransanın Bordo şəhərində “La Cité du Vin” şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının bu muzeydə sərgilənməsinə dair müqavilə imzalanıb.
İmzalanmış müqaviləyə əsasən Azərbaycanın 11 şərab şirkətinin məhsulları 3 il müddətində “La Cité du Vin” şərab muzeyində təqdim və nümayiş olunacaq.
Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması və “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin və Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti “Made in Azerbaijan” vahid stendi ilə Fransanın Paris şəhərində oktyabrın 21-dən 25-dək keçiriləcək “Sial Paris” beynəlxalq ərzaq sərgisində ölkəmizi təmsil edəcək.
Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Fransada fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 22 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir