Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın kredit reytinqi təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kredit reytinqi təsdiq edildi

Avropa Reytinq Agentliyi (ERA) Azərbaycanın kredit reytinqini “ВВ+” səviyyəsində təsdiq edib, proqnoz “stabil”dir. Bu barədə agentliyin hesabatında deyilir.

 

Agentliyin qiymətləndirmələrinə görə, 2018-ci ildə Azərbaycanda ÜDM 1,5%, 2019-cu ildə 2,1% artacaq. Bununla belə, nominal ÜDM müvafiq olaraq 44,1 mlrd. dollar və 47,441 mlrd. dollat səviyyəsində proqnozlaşdırılır. Bu proqnozlar 2018-2020-ci illərdə neftin 1 barelinin orta qiyməti 60-70 dollardan hesablanmaqla hazırlanıb.

 

2018-2019-cu illərdə ölkədə orta illik inflyasiya müvafiq olaraq 5,9% və 5,7%, tədiyə balansının cari əməliyyatlar profisiti ÜDM-nin 5,7%-i və 5,4%-i səviyyəsində olacaq.

 

Agentliyin analitikləri hesab edirlər ki, qeyri-neft sektorunda artım, inflyasiyanın azalması, milli valyutanın məzənnəsinin sabitləşməsi Azərbaycan iqtisadiyyatının bərpasına müsbət təsir göstərir.

 

Bundan başqa, neftin qiyməti ilə bağlı əlverişli şərait də iqtisadi artıma müsbət təsir edir ki, bu da Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxarır. ERA-nın proqnozlarına görə, 2018-2019-cu illərdə Azərbaycanda ildə 39,8-40 mln. ton neft hasil olunacaq.

 

Agentlik ölkənin bank sektorunda vəziyyətin yaxşılaşması üçün potensialın mövcud olduğunu qeyd edir (2015-ci ildə manatın devalvasiyası və Azərbaycan Beynəlxalq Bankının borcunun yenidən strukturlaşdırılması bank sektoruna mənfi təsir etmişdi). ERA-nın qiymətləndirmələrinə görə, 2019-cu ildə bank sektorunun kapitallaşdırılmasının artması prosesi davam edəcək.

 

Eyni zamanda, agentliyin analitikləri ÜDM-nin artımını sürətləndirəcək iqtisadi islahatların həyata keçirilməsini vacib hesab edirlər.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

22.10.2018 09:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ