Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Hökumət Bakıdakı ən böyük tibb obyektini idarəetməyə verməyi planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hökumət Bakıdakı ən böyük tibb obyektini idarəetməyə verməyi planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi "Milli Sağlamlıq Mərkəzi"ni (MSM) özəl idarəetməyə verməyi planlaşdırır. 2011-ci ildən tikilən Bakıdakı ən iri tibb müəssisəsi hələlik istismara verilməyib.

 

MSM Bakıda Heydər Əliyev prospektində yerləşir və 4,2 hektar ərazini tutur. Mərkəz Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibbi Xidmətinə tabedir. MSM-in tikintisinə və texniki təchizatına dövlət investisiyasının həcmi barədə məlumat verilmir.

 

ƏMDK bildirir ki, MSM-in əsas binası artıq tikilib. 18 mərtəbəli xəstəxanada 542 xəstəxana çarpayısı, o cümlədən reanimasiya şöbəsində 71 yataq var. Mərkəzdə bir ildə 50 min xəstə, o cümlədən 15 minə qədər stasionar xəstə müalicə oluna biləcək. MSM-də poliklinika, diaqnostika xidməti, qan bankı, cərrahiyyə şöbəsi, təcili yardım və s var.

 

Əvvəllər ƏMDK Bakıda iki yeraltı avtomobil qarajını idarəetməyə vermək planını açıqlamışdı, amma hələlik onun həyata keçirilməsinə başlanmayıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Turan

23.10.2018 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ