Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünya birjalarında son 25 ilin rekordu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya birjalarında son 25 ilin rekordu

 Birjalarda son iyirmi beş ildir ki, müşahidə olunmayan bir hal baş verib; Dow Industrials, S&P 500 və Nasdaq ardıcıl beş seansda rekord səviyyəyə çıxıb.
 
 
"Marja" xəbər verir ki, dünənki seanslarda Dow Jones Industrial Average 20611.86, S&P 500 indeksi 2349.25 və Nasdaq Composite indeksi də 5819.44 kimi rekord səviyyələrdən bağlanıb.


 
 Marketwatch.com-da yer alan xəbərdə, hər üç indeksin ardıcıl beş dəfə rekord qırmasına sonuncu dəfə 2 İyun 1992-ci ildə şahid olunduğuna diqqət çəkilir. Həmin tarixdə Dow Industrials 3201.50, S&P 500 41934 və Nasdaq da 592.65 səviyyələrindən bağlanaraq rekord qırmışdı.


 
 Analitiklər bildirirlər ki, hələ birja indeksləri "öküz" bazarına gedən yolun yarısındadır. 
 
 
Bazarlar hələ də Donald Trump-la "bal ayı" mərhələsindədir. Ən əhəmiyyətlisi də, iqtisadi inkişafın geri gələcəyi gözləntisidir.

17.02.2017 09:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ