Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İşsizlikdən sığorta fondunun büdcəsi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşsizlikdən sığorta fondunun büdcəsi açıqlandı

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 mln. 451 min 400 manat məbləğində proqnozlaşdırılıb.

 

Reklam_3_11

Bu, "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

 

Sənəddə bildirilib ki, gələn il fondun gəlirləri işsizlikdən sığorta üzrə sığorta haqları 83 mln. 421 min 400 manat, büdcədən maliyyələşən təşkilatlar üzrə 13 mln. 60 min 700 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 13 mln. 60 min 700 manat, qeyri-büdcə sektoru üzrə 57 mln. 300 min manat və sair gəlirlərdən 30 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

 

Qanun layihəsində fondun xərclərinin istiqamətləri də açıqlanıb. Belə ki, 2019-cu ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 11 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1 mln. 800 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1 mln. 300 min manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 150 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1 mln. 900 min manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 42 mln. 41 min 400 manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 5 mln. manat, peşə standartlarının hazırlanması 1 mln. manat, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın ( qurumun) aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 19 mln. 260 min manatın yönəldilməsi nəzərdə tutulur.

 

Sənəd Milli Məclis plenar iclasında müzakirəyə çıxarılacaq. Parlament qanun layihəsini qəbul etdiyi təqdirdə, sənəd ölkə başçısı tərəfindən imzalanmalıdır.

 

Qeyd edək ki, qanun 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© Report

23.10.2018 10:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ