Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Qaşıqçının meyitinin qalıqları su quyusundan tapılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qaşıqçının meyitinin qalıqları su quyusundan tapılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüən jurnalist Camal Qaşıqçının meyitinin qalıqları diplomatik missiyanın həyətindəki su quyusundan tapılıb”.

 

Reklam_3_11

 “Haberler”xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincek bildirib.

 

“Türkiyə dövlətinin təhlükəsizlik məsələri üzrə məsul şəxsləri konsulluğun həyətindəki bağçada apardıqları axtarış nəticəsində meyitin bəzi hissələrini su quyusundan aşkarlayaraq çıxarıblar. Fikrimcə, Rəcəb Tayyib Ərdoğan bunu açıqlayacaq”, - deyə partiya sədri vurğulayıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında çıxış edəcək. Onun C.Qaşıqçının qətli ilə bağlı bütün detalları açıqlayacağı gözlənilir. 

 

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. İlk günlər krallıq onun qətlə yetirildiyini təsdiqləmirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

 

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

23.10.2018 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ