Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

OBA yerli istehsalçılar ilə görüş təşkil edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
OBA yerli istehsalçılar ilə görüş təşkil edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OBA marketlər şəbəkəsi yerli sahibkarlığa verdiyi dəstəyi daha da artırmaq, istehsalçıları satışa yox sırf keyfiyyətli məhsul istehsalına yönləndirmək, yeni fəaliyyətə başlayan sahibkarların məhsullarının topdan alınması istiqamətində müzakirələr aparmaq üçün sahibkarlarla görüş təşkil edəcək.

 

Şəbəkədən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə yerli sahibkarların istehsal potensialı, istehsal olunan məhsulun istehsal müəssisələrindən alınaraq birbaşa marketlərə çatdırılması, keyfiyyətə daimi nəzarət, keyfiyyətli xammal tədarükündə məsləhətlər, istehlakçıların tələb və davranışları və s. müzakirə olunacaq.

 

OBA Azərbaycanın əksər bölgələrini tam əhatə etmiş yeganə şəbəkə marketidir. Bu da sahibkarlar tərəfindən istehsal olunan məhsulların qısa zamanda ölkəmizin bütün bölgələrinə çatdırılması deməkdir.

 

OBA marketlər şəbəkəsi hal-hazırda 200-dən çox yerli istehsal müəssisəsi və sahibkarla əməkdaşlıq edir. Eyni zamanda görüşlərdə digər məqsəd yeni sahibkarlarla tanışlıq, onların biznesinin inkişafına dəstək, yeni istehsal sahələrinin yaradılmasına töhvə vermək və əhalinin qida təhlükəsizliyində yerli sahibkarların rolunu artırmaqdır.

 

Bu görüşlər mütəmadi olaraq keçiriləcəkdir. İlk görüş Bakı şəhərində, növbəti görüşlər isə Azərbaycanın digər bölgələrində olacaq. Görüşdə iştirak etmək istəyən sahibkarlar [email protected] ünvanına rəsmi müraciət göndərə və ya  (+994 55) 6900966 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

24.10.2018 14:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ