Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Qala Həyat”: İcbari və həyatın ölüm halından sığortası növlərində satışlarımız artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat”: İcbari və həyatın ölüm halından sığortası növlərində satışlarımız artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti öz inkişaf tendensiyasını uğurla davam etdirir".

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, şirkətin uğurlu və davamlı inkişafı 2018-ci ilin yanvar-sentyabr ayları üzrə açıqlanan əsas maliyyə göstəriciləri ilə bir daha sübut edir.

 

“Belə ki, 2016-сı ilin sonunda “Qala Həyat” rəhbərliyinin düzgün istiqamətə yönəltdiyi strategiyanın, eləcə də peşəkar komandanın uğurlu fəaliyyəti nəticəsində portfelin sağlamlaşdırılması prosesi uğurla davam edir. Belə ki, sığorta portfelində icbari və  həyatın ölüm halından sığortası növünün payı artır, satışın həcmi ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 12% və 32% artmışdır. Bununla da, 2018-ci il üçün hədəflərə uğurla çatmanı qeyd etmək olar. Məlumat üçün qeyd etmək istəyirəm ki, cari ilin yanvar-sentyabr ayları ərzində fərdi və korporativ müştərilər üzrə toplanan məcmu yığımların həcmi 12 257 140 manata çatıb. Düşünürəm ki, “Qala Həyat” rəhbərliyinin bazara uyğun düzgün və strateji addımları növbəti ildə də şirkətin inkişafının sürətlə davam etməsinə zəmin yaradacaq”.

 

“Qala Həyat”ın sığorta ödənişləri barədə də məlumat verən E.Hüseynquluyev cari ilin 9 ayı ərzində şirkət tərəfindən müştərilərə 11 347 887 manat həcmində sığorta ödənişinin verildiyini bildirib.

 

“Ödənişlərimiz gecikdirilmədən, qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və opreativ qaydada həyata keçirilir. Çalışırıq ki, müştəri göstərdiyimiz xidmətlərdən maksimum razı qalsın. Müştəri məmnuniyyəti səviyyəsini daha da yüksəltmək bizim üçün ən prioritet məsələlərdən biridir” - deyə, E. Hüseynquluyev vurğulayıb.             

 

Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

25.10.2018 11:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ