Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu rayonlar xərclərini öz gəlirləri hesabına təmin edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu rayonlar xərclərini öz gəlirləri hesabına təmin edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə 34 şəhər və rayon dövlət büdcəsindən dotasiya tələb etməyərək büdcəsini müstəqil formalaşdıracaq.

 

2019-cu ilin dövlət büdcə zərfində qeyd olunub ki, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.

 

2019-cu ildə dövlət büdcəsinin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2018-ci il ilə müqayisədə 116,9 milyon manat və ya 16,1% çoxdur.

 

Xərclərin artımının əsas səbəbi 2018-ci ildə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqlarının və bəzi sosial müavinət və təqaüdlərin məbləğlərinin, məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının alınması xərclərinin artması, ezamiyyə xərclərinin, mühafizə xərclərinin, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənişlərin artması ilə bağlı olub.

 

Yerli xərclərin 238,4 milyon manatı və ya 28,4%-i təhsil xərclərinə (məktəbəqədər uşaq müəssisələrinin maliyyələşdirilməsi xərcləri), 231,5 milyon manatı və ya 27,5%-i səhiyyə xərclərinə, 230,9 milyon manatı və ya 27,5%-i mənzil və kommunal təsərrüfatı xərclərinə, 110 milyon manatı və ya 13,1%-i icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 8,6 milyon manatı və ya 1%-i mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 21,4 milyon manatı və ya 2,5%-i isə digər xərclərə yönəldiləcək.

 

İqtisadi təsnifata uyğun olaraq 2019-cu il dövlət büdcəsinin yerli xərclərində əməyin ödənişi xərcləri 366,5 milyon manat, idarənin saxlanılması xərcləri 26,1 milyon manat, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi ilə bağlı xərclər 40,1 milyon manat, ərzaq məhsullarının alınması xərcləri 108,9 milyon manat, abadlaşdırma xidmətləri haqqının ödənilməsi xərcləri 160,4 milyon manat, subsidiyalar və cari transfertlər 14,8 milyon manat, istehlak mallarının və materiallarının alınması xərcləri 21,1 milyon manat, əsaslı xərclər 54,2 milyon manat, qeyri-maliyyə aktivlərinin alınması xərcləri 7,2 milyon manat və digər xərclər 41,5 milyon manat təşkil edəcək.  

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

25.10.2018 14:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ