Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

VTB bazarı iş adamlarına ilkin dəyərindən üçqat ucuz satıb

 

Reklam_3_11

"VTB Qrupu" "Velazavod bazarı" ASC-nin səhmlərinin 100%-nin satıldığını bəyan edib. "Vedomosti" qəzeti xəbər verir ki, əqdin dəyəri 712 mln. rubl təşkil edir.


Bazar Moskvanın cənubunda yerləşir.

 

Bank alıcının adını açıqlamayıb. Lakin "Vedomosti"nin əldə etdiyi məlumata görə, bazarın yeni sahibi "Kiyev meydanı" QSC-dir. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib.

 

Qeyd edək ki, "Kiyev meydanı" QSC Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.

 

"Velazavod bazarı" ASC 2014-cü ildən etibarən "VTB Qrupu"nun aktividir. Ötən ilin sentyabr ayında bank bazarı 2,4 mlrd. rubla satmağa cəhd edib. Lakin bankın cəhdi uğursuz alınıb.

 

"Kiyev meydanı"nın rəsmisi iddia edir ki, bazarın fəaliyyət istiqaməti dəyişməyəcək. Lakin bazarda ciddi rekonstruksiya işləri aparılacaq.

 

Xatırladaq ki, Q. Nisanov və Z. İliyev "Forbes" jurnalının versiyasına əsasən, 2016-cı ilin "daşınmaz əmlak kralları" (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən) reytinqinə başçılıq edib. Beləliklə, "Kiyev meydanı" 2015-ci ildə əldəki nailiyyətini təkrarlayıb.

 

© APA

17.02.2017 12:44

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ