Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dollarda volatillik güclənə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollarda volatillik güclənə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son günlər dolların qiymətlərində müşahidə edilən volatillik, bu həftə açıqlanacaq önəmli fundamental göstəricilər fonunda daha da güclənə bilər.


 

Reklam_3_11

EUR. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.14$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.13$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


 

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 14:00 və cümə günü saat 16:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın inflyasiya və ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

 

GBP

 

GBP/USD məzənnəsi də 1.29$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.27$-a kimi da ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Cümə axşamı saat 16:00-da dərc ediləcək İngiltərə Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilir və saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da məzənnəyə güclü təsir edəcəkdir.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi keçən həftə ərzində yenidən ucuzlaşaraq, 5.60TL-nin altında ticarət edilməkdədir. Lakin dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma daha da güclənərsə, bu, lirənin qiymətinə də mənfi təsir edərək, məzənnənin 5.87TL-yə kimi bahalaşmasına səbəb ola bilər.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti ucuzlaşaraq, 77$-a ticarət edilməkdədir və 75$-a kimi də ucuzlaşarsa, eniş dalğası 73$-a kimi də davam edə bilər.

 

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Əlvan metallar bazarlarında qızılın qiyməti keçən həftə ərzində 1243$-a (40.0 $/qram) kimi bahalaşdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb və 1225$-ı (39.4 $/qram) da aşağı istiqamətdə qırarsa, 1211$-a (39.0 $/qram) kimi də ucuzlaşa bilər.

\

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

29.10.2018 06:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ