Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Manatda kreditlər üzrə faiz dərəcələri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manatda kreditlər üzrə faiz dərəcələri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin artdığını qeyd edir.

 

 Mərkəzi Bankın statistikasından məlum olur ki, 2018-ci il sentyabrın 30-na milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2017-ci ilin yekunları üzrə 13,2%-ə qarşı 14,21% təşkil edib.

 

Cari ilin sentyabr ayının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,9% təşkil edib, 2017-ci ilin sonuna bu göstərici 9,76%-ə bərabər olub.

 

Bununla yanaşı, 2018-ci ilin oktyabr ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,03% (2017-ci ilin sonuna 8,91%), xarici valyutada 6,38% (6,84%) təşkil edib.

 

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,19% (16,31%), xarici valyutada 15,74% (16,47%) təşkil edib.

 

AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.

 

Xüsusilə 2018-ci ilin sentyabr ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,79% (ötən ilin sonuna 10,72%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,39% (3%) təşkil edib.

 

30 sentyabr 2018-ci il tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,55% (5,82%), xarici valyutada 1,22% (1,41%) təşkil edib.

 

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 10,3% (11,59%), xarici valyutada 2,95% (3,66%) təşkil edib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© İnterfaks-Azərbaycan

29.10.2018 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ