Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sənaye Parkının rezidentləri görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənaye Parkının rezidentləri görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında görüş keçirilib.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi parkın rezidentlərinin istehsal etdikləri və gələcəkdə istehsalı nəzərdə tutulan məhsullar barədə məlumatlandırılması, birgə əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.

 

Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri olan “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “SİKA” MMC, “Aqrokimya Azərbaycan” MMC, “ALCO” MMC və SOCAR-ın Karbamid zavodunun nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti haqqında təqdimatla çıxış ediblər, əməkdaşlıq imkanları müzakirə olunub.

 

Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün yaradılan infrastruktur təminatı, vergilərdən və gömrük rüsumlarından azadolmalar onlara investisiya xərclərinə qənaət etməyə imkan verir ki, bu da istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsi, eləcə də keyfiyyətin yüksəldilməsinə şərait yaradır.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir və bu parklarda ümumilikdə 40-dan artıq sahibkarlıq subyektinə rezident statusu verilib.

30.10.2018 07:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ