"Sabahdan nəzarət məhsulların riskinə görə olacaq"
“Son 4 ay ərzində Azərbaycana qida məhsulları idxal edən şirkətlər üzərində dövlət nəzarəti həyata keçirilərkən 56 şirkətin ölkəyə idxal etdiyi məhsulların təhlükəsiz olduğu məlum olub”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli qeyd edib ki, 4 ay ərzində həmin məhsulların bütün partiyalarının laborator ekspertizasının nəticələri şirkətlərin etibarlı olduğunu deməyə əsas verir.
Agentlik sədri əlavə edib ki, sabahdan, yəni noyabrın 1-dən etibarən həmin şirkətlərin üzərində dövlət nəzarətinin həyata keçirilməsi məhsulların riskinə görə olacaq: “Yəni, daha aşağı riskli məhsulların laborator müayinəsi, ekspertizası və nəzarətə cəlb olunma tezlikləri daha uzun müddətli, daha yüksək riskli məhsullarınkı isə daha sıx tezliklə həyata keçiriləcək. Bu da imkan verəcək ki, sahibkarlar daha asanlıqla ölkəyə müxtəlif dünya dövlətlərindən qida məhsulları idxal edə bilsinlər”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
-
14 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
15 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
15 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
16 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 16 saat əvvəl