Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzerTelecom” şirkətinin rəhbər şəxsləri “Global İnfluencer Day” tədbirinin spikeri və moderatoru olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “AzerTelecom” şirkətinin rəhbər şəxsləri “Global İnfluencer Day” tədbirinin spikeri və moderatoru olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(©) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin rəhbər şəxsləri 26-29 oktyabr tarixlərində Bakıda “İnnovasiya Həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilmiş “Global İnfluencer Day” təbirində spiker və ekspert-moderator qismində iştirak etməkdən məmnunluğunu bildirib.

 

Reklam_3_11

Belə ki, tədbirin rəsmi hissəsinin spikeri "AzerTelecom" şirkətinin Korporativ Ünsiyyət üzrə rəhbəri Ceyhun Əli olub.

 

Tədbir çərçivəsində Blokçeyn texnologiyaları mövzusunda təşkil olunmuş panel müzakirəsi "AzerTelecom" şirkətinin Kommersiya məsələləri üzrə baş direktoru, Blokçeyn sahəsində mütəxəssis Samir Nuriyev tərəfindən aparılıb və bu texnologiya haqqında ətraflı məlumat verilib. Samir Nuriyev Blokçeyn texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrdə istifadəsi, texnologiyanın üstünlükləri, Azərbaycanda bank sferasında Blokçeyndən istifadə barədə danışıb. Panel müzakirələrində iştirak edən qonaqlar – respublikamızda müxtəlif aparıcı bankların rəhbərləri öz növbələrində Blokçeynin ölkəmizdə tətbiqi ilə bağlı ətraflı məlumat veriblər, müxtəlif təkliflər səsləndiriblər.

 

Global İnfluencer Day” tədbiri Google, Facebook, Oculus, Gezimania, Vispera, Vogue, Booking.com, Joi və digər dünya miqyasında tanınmış şirkətlərin nümayəndələrini, influencer, biznes və brend sahiblərini Bakıda bir araya toplayıb. Tanınmş spikerlər influencer marketinq, data marketinq, elektron kommersiya və Blokçeyn texnologiyası və digər sahələr barədə faydalı fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin süni intellekt (AI) əsasında hazırlanmış humanoid robot Sofia da çıxış edib.

 

Qeyd edək ki, “Global İnfluencer Day” tədbiri "Keepface DMCC" və "FA International Trade Events" tərəfindən təşkil olunub.

 

"AzerTelecom" Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

31.10.2018 15:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ