Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

12 il sonra bankların 80 faizi funksiyasız hala gələcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
12 il sonra bankların  80 faizi funksiyasız hala gələcək

"Gartner" tərəfindən verilən proqnozlara görə, yaxın 12 il ərzində günümüzün maliyyə qurumlarının 80 faizi, müştərilərin dəyişən təbiəti və texnoloji proseslərin təsirilə disfunksional ( funksiyasız, bir iş görməyən​) hala gələcək.



Məşhur tədqiqat və məsləhət şirkəti "Gartner"ın son proqnozları növbəti illərdə maliyyə sektorunda köklü dəyişiklər baş verəcəyini gözlər önünə gətirir.

 

"Marja" xəbər verir ki, "Gartner" tərəfindən verilən proqnozlara görə, yaxın 12 il ərzində günümüzün maliyyə qurumlarının 80 faizi, müştərilərin dəyişən təbiəti və texnoloji proseslərin təsirilə disfunksional hala gələcək.

 

"Gartner"in sədr müavini David Furlonger, günümüzün maliyyə nəhəngləri olan bankların, 20-ci əsrdəki iş və əməliyyat modellərini davam etdirməyə davam etmələri halında narahatlıqverici bir risklə qarşı-qarşıya olduqlarını qeyd edib.

 

Şirkətin hesabatına görə, qarşıdakı bir neçə il ərzində yaradılan maliyyə xidməti təchizatçıları, rəqəmsal platformalar yaradaraq və ya başqalarının platformalarında satış aparmaq üçün niş məhsullar və xidmətlər hazırlayaraq rəqəmsal iş dünyasında daha sürətli hərəkət etmək məcburiyyətində qalacaqlar.

 

Rəqəmsal transformasiya dünyanın bir çox yerində hər keçən gün sürətlənir. Bəzi ölkələrdə, mühafizəkar qanunlar hələ də innovasiyalara mane olur. Avstraliya, Braziliya, Çin, Hindistan və İngiltərə kimi ölkələr, dəyişikliyi sürətləndirmək üçün əllərindən gələni edirlər.

01.11.2018 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ