Pulların yarısını Dollarda saxlayır
2017-ci il yanvarın 1-nə fondun aktivləri 2016-cı ilin əvvəlinə - 33 milyard 574,1 milyon ABŞ dollarına nisbətən 1,27 faiz azalaraq 33 milyard 147 milyon ABŞ dollarına bərabər olub. ARDNF-in cəmi aktivlərinin 33 milyard 30 milyon (99,6 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 117 milyon (0,4 faiz) ABŞ dollarına bərabərdir.
“Marja” xəbər verir ki, ARDNF-in investisiya portfelində 16 milyard 240,2 milyon (49,2 faiz) ABŞ dolları (+ MSCI indeksi üzrə), 10 milyard 753,4 milyon (34,3 faiz) avro, 1 milyard 283,5 milyon (4,8 faiz) funt-sterlinq, 288,4 milyon (0,6 faiz) Avstraliya dolları, 1 milyard 248,6 milyon (1,1 faiz) Türkiyə lirəsi, təxminən 33 milyard (1,6 faiz) Rusiya rublu, 496 milyard 350 milyon (1,2 faiz) Koreya vonu, 3 milyard 160,4 milyon (1,4 faiz) Çin yuanı, 44 milyard 331,1 milyon (1,1 faiz) Yaponiya yeni, 424,5 milyon (1,3 faiz) digər valyutalar, 1 milyard 111,7 milyon (3,4 faiz) qızıl (970,146 troya unsiya, 30,17 ton) təşkil edir.
Aktivlərinin 80 faizi istiqrazlar və pul bazarı alətləridir
Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 80 faizi istiqrazlar və pul bazarı alətləri, 12,2 faizi səhmlər, 4,4 faizi daşınmaz əmlak və 3,4 faizi qızıl təşkil edib.
İnvestisiya portfelinin 68,2 faizi inkişaf etmiş ölkələri əhatə edir
Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı belədir: 43,1 faiz Avropa, 26,3 faiz Asiya-Sakit Okean, 23,5 faiz Şimali Amerika, 3,8 faiz Avstraliya-Yeni Zelandiya, 0,1 faiz Yaxın Şərq və 0,1 faiz Cənubi Amerika.
Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 68,2 faizi inkişaf etmiş ölkələri, 28,7 faizi inkişaf etməkdə olan ölkələri və 3,1 faiz beynəlxalq maliyyə təşkilatlarını əhatə edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl