Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gömrük ödənişlərindən yayınan şirkətlərin adları açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük ödənişlərindən yayınan şirkətlərin adları açıqlandı

"Bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etmir, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışılar".

 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.

 

Məlumatda bildirilir ki, 5 723 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO" MMC, 7 354 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo" MMC və 2 243 manat əlavə ödəniş etməli olan "Capital-Motors" MMC barəsində toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34 502 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group" MMC, 56 574 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia" MMC, 36 847 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo" MMC və 4 274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Dincer və Carcioğlu" şirkəti barəsində məlumatlar isə DGK-nın Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub.

 

"Casamia" MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group" QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10 916 avro fərq yarandığı müəyyən olunub.

 

İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin məbləğini aşağıdakı cədvəldə aydın görmək mümkündür.

 

Hüquqi və fiziki şəxslər

Təqdim olunan invoysda qiymət

Orijinal invoysda qiymət

Fərq

Məmmədov Zamiq

20 677 ABŞ dolları

39 600 ABŞ dolları

18 923 ABŞ dolları

"Gold Climate" şirkəti

70 000 ABŞ dolları

180 000 ABŞ dolları

110 000 ABŞ dolları

"Mery Pharma" MMC

10 042 ABŞ dolları

14 400 ABŞ dolları

4 358 ABŞ dolları

"NKM-2015" MMC

16 220 ABŞ dolları

25 391 ABŞ dolları

9 171 ABŞ dolları

"Bermud A.Y.T" şirkəti

22 427 ABŞ dolları

12 355 Avro

204 411 manat

"NKM-2015" MMC

14 860 ABŞ dolları

25 465 ABŞ dolları

10 605 ABŞ dolları

"NKM-2015" MMC

15041 ABŞ dolları

27 822 ABŞ dolları

12 781 ABŞ dolları

"NKM-2015" MMC

24543 ABŞ dolları

44 782 ABŞ dolları

20 239 ABŞ dolları

 

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.

 

“DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda qeyd olunub. 

02.11.2018 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ