Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Quş əti idxalı və satışı qadağan olunub" iddialarına RƏSMİ MÜNASİBƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Quş əti idxalı və satışı qadağan olunub" iddialarına RƏSMİ MÜNASİBƏT

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması,  eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı məlumatlar yer alıb.

 

Qida Təhlükəsizliyi Agentliyi  bildirir ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir:

 

"Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

 

Ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunmuş və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur".

02.11.2018 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ