Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-ın İrana ikinci sanksiyaları bu gün qüvvəyə mindi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın İrana ikinci sanksiyaları bu gün qüvvəyə mindi

ABŞ Prezidenti Donald Trampın, ölkəsini İran ilə nüvə müqaviləsindən birtərəfli olaraq çıxarmasının ardından tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi 5 Noyabr Bazar ertəsi günü Bakı vaxtı ilə 09.00-da qüvvəyə minib.
 

Trampın İran ilə müqavilədən çıxış qərarını açıqlamasının ardından, ABŞ Xəzinə Nazirliyi, İrana qarşı sanksiyaların 90 və 180 gün ərzində iki mərhələli yenidən tətbiq olunmağa başlayacağını bildirmişdi. Bu çərçivədə 90 günün ardından ilk sanksiyalar 7 Avqustda qüvvəyə mindi. ABŞ Xəzinə Nazirliyinin verdiyi 180 günlük başa çatması ilə ikinci sanksiyalar isə 5 Noyabr Bazar ertəsi günü sat 09.00-da başlayıb. 
 

Reklam_3_11

"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin məlumatlarına görə, 5 Noyabrda başlayacaq sanksiyalar 6 maddədən ibarətdir.
 

İlk maddədə, İranın liman operatorları, gəmiçilik və gəmi tikintisi sahələridir. Sanksiyalar, İran İslam Respublikasının gəmiçilik şirkətlərini və bu şirkətlərin bağlı olduğu strukturları əhatə edir.
 

Xəzinə Nazirliyinin sanksiyalarının ikinci maddəsini isə neftlə bağlı əməliyyatlar təşkil edir. İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) kimi təşkilatları da əhatə edən sanksiyalar, İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satın alınmasına beynəlxalq məhdudiyyətləri ehtiva edir.

 

MALİYYƏ SEKTORU  DA HƏDƏFDƏDİR
 

Sanksiyaların digər bir hədəfində isə xarici maliyyə qurumlarının İran Mərkəzi Bankı və müəyyən İranlı maliyyə qurumları ilə apardığı əməliyyatlara məhdudiyyətlər yer alır. 3-cü və 4-cü maddələr İran Mərkəzi Bankı və İranın  maliyyə qurumlarına məhdudiyyətləri ehtiva edir.
 


İrana qarşı sanksiyaların 5-ci və 6-cı maddələrində də vasitəçilik və sığorta şirkətləri ilə İran enerji sektoruna qarşı məhdudiyyətlər yer alır.


 
Bu gün qüvvəyə minən sanksiyalar çərçivəsində 700-ə yaxın İranlı şəxs və qurumun adı "qara siyahıya" əlavə olunub. 


 
ABŞ, İranla yeni bir müqavilə bağlanması üçün 12 maddəlik şərtlərini irəli sürüb. 

 

8 ÖLKƏ SANKSİYALARDAN AZADDIR
 

İrandan neft idxalını azaldan, ancaq sıfırlamayan 8 ölkəyə neft idxalı üçün müvəqqəti möhlət veriləcək. Bu ölkələrdən birinin Türkiyə olduğu bildirilir.

05.11.2018 07:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ