Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda avtomobil istehsalı rekord həddə çatacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda avtomobil istehsalı rekord həddə çatacaq

2018-ci ildə Azərbaycanda avtomobil və qoşqu istehsalının həcmi 14,3 milyon manat həcmində proqnozlaşdırılır. Ötən il bu göstərici 0,1 milyon manat təşkil etmişdi.

 

Reklam_3_11

Bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.

 

Proqnozlara əsasən, yaxın illərdə avtomobil və qoşqu istehsalı artacaq. Belə ki, bu göstəricinin 2019-cu ildə 31,7 milyon manat, 2020-ci ildə 56 milyon manat, 2021-ci ildə 85,3 milyon manat, 2022-ci ildə isə 113,3 milyon manat həcmində olacağı proqnozlaşdırılır.

 

Minik avtomobillərinin istehsalının 7 min ədədək çatdırılması nəzərdə tutulur. 2019-cu ildə 600, 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və 2023-cü ildə 7 min ədəd avtomobilin istehsalı planlaşdırılır.

 

Azərbaycanda yük avtomobillərinin də istehsalı artacaq, Belə ki, proqnozlara əsasən 2019-cu ildə 55, 2020-ci ildə 843, 2021-ci ildə 752, 2022-ci ildə 721 və 2023-cü ildə 782 ədəd avtomobil istehsal olunacaq.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

© Trend

05.11.2018 19:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ