Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"GRAND QAFQAZ": Elmar Vəliyevlə bağlılığımız yoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
"GRAND QAFQAZ": Elmar Vəliyevlə bağlılığımız yoxdur

“Bizim sabiq başçı Elmar Vəliyevlə heç bir bağlılığımız yoxdur və ticarət mərkəzi fəaliyyətini davam etdirir”.


Bu barədə Gəncədəki "Grand Qafqaz” ticarət mərkəzinin müdir müavini Mahmud Mahmudzadə ötən gün mətbuatda gedən “Elmar Vəliyevin bazarı bağlandı - Yeni başçı Gəncə sakinlərini sevindirdi” başlıqlı yazıya münasibət bildirərkən deyib.

 

M.Mahmudzadə ticarət mərkəzində yoxlamaların getdiyini təsdiqləyib:
 

“Ölkə başçısının tapşırıqlarına əsasən, qanuna uyğun olaraq, hər bir müəssisədə kassa aparatına keçid labüddür. Və yoxlamalar bazarın bağlanması ilə bağlı deyil.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

23 hektar ərazidə 4 minə yaxın dükanı əhatə edən "Grand Qafqaz” kompleksi 8 aydır ki, fəaliyyət göstərir. Bu gün kompleksin 2 modulu tam gücü ilə işləyir.  Gəncə səbəti, saxlama anbarları, tekstil, həmçinin, dükanlarla yanaşı, restoranlar, hostellər fəaliyyətdədir. Bir çox insan burada kənd təsərüfatı məhsullarını gətirib satır. Bura “Bazarstore” MMC-dir. Müdrimiz Vüsal Tağıyevdir.


Hazırda mən də öz işimin başındayam. Buradakı şəraitlə tanış olmaq üçün sizi Gəncəyə dəvət edirəm”.
 

M.Mahmudzadə bildirib ki, MMC-nin siyasi baxımdan heç kimdən asılılığı yoxdur:
 

“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Gəncədə bizim bazardan savayı, iki bazar fəaliyyət göstərir. Eyni zamanda, təəssüflə qeyd etməliyəm ki, Gəncədə küçə ticarətinə göz yumulub. Biz sağlam rəqabətə üstünlük veririk. Gəncədəki bütün mağazaları, dükanları bura köçürsək belə, kompleksin yarısı ancaq dolacaq. Bizim də hansısa bazarı bağlayıb bura köçürmək niyyətimiz yoxdur”.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

© Modern

06.11.2018 09:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ