Forex-də son vəziyyət - 20.02.2017
EUR
Fevral ayı ərzində EUR/USD məzənnəsi 1.08$-dan 1.05$-a kimi ucuzlaşsa da, Avrozonada inflyasiyanın daha da arta biləcəyi gözləntiləri fonunda məzənnə keçən həftənin ortalarından etibarən yenidən bahalaşmağa başlayıb. Beləliklə, EUR/USD məzənnəsi 1.05$-ın üzərində qaldıqca, yenidən 1.07$ və 1.08$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, bu həftənin çərşənbə günü Avrozonanın yanvar ayı üzrə yekun inflyasiya səviyyəsi də açıqlanacaqdır. Avrozonanın inflyasiya səviyyəsinin 2%-ə yaxınlaşması, Avropa Mərkəzi Bankının yumşaq pul-kredit siyasətini dayandırması gözləntilərini də artırır ki, bu da avronun daha da bahalaşmasına təsir edə bilər.
GBP
Böyük Britaniyanın “HBOS” (Halifax Bank of Scotland) ipoteka təşkilatına əsasən daşınmaz əmlak bazarında müşahidə edilən qiymət ucuzlaşması, funt sterlinqin də dünya birjalarında qiymətinin 1.23$-a kimi ucuzlaşmasına səbəb olmuşdur. Lakin buna baxmayaraq GBP/USD məzənnəsi keçən həftə 1.23$-ın üzərində ticarət edilmişdir və bu səviyyənin üzərində qalarsa, yenidən 1.26 və 1.28$-a kimi də bahalaşa bilər.
TRY
Türk lirəsinin qiyməti isə keçən həftə 3.63TL-ə kimi bahalaşmışdır Cütlük üzrə qiymətin texniki mənzərəsinin təhlilləri onu göstərir ki, qiymət əlavə olaraq 3.62TL-ə kimi də bahalaşaraq, bu səviyyənin üzərində qalarsa, 3.57TL-ə kimi bahalaşa bilər.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 55$ və 56$ aralığında ticarət edilməkdədir. Burada isə qiymətin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, qiymət 56$-ın üzərində möhkəmlənərsə, 57$ və 59$-a kimi bahalaşa bilər.
GOLD
Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiyməti keçən həftə 1244$-a (39.9 $/qram) kimi bahalaşsa da, fevral ayının maksimum səviyyəsi sayılan 1245$-a kimi bahalaşa bilməyib. Hətta qiymət gələcək günlər ərzində 1227$-a (39.4 $/qram) kimi ucuzlaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 d. əvvəl
-
27 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
30 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
33 d. əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb