Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestorlar ABŞ-dakı seçkinin nəticəsini gözləyir - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnvestorlar ABŞ-dakı seçkinin nəticəsini gözləyir - GÜNƏ BAXIŞ

Dünya bazarlarında böyük maraqla gözlənilən ABŞ-da parlament seçkisinin yekun nəticəsinin açıqlanması, investorların riskə meyillərini daha da artıra bilər.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq Amerikada parlament seçkisinin rəsmi nəticəsi öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% ucuzlaşıb. 

 

Belə ki, avronun qiyməti 1.15$, funtun qiyməti isə 1.31$-a ticarət edilir. Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1229$-a təklif edilir.

 

Yekun seçki nəticələrinin açıqlanmasından sonra dünya birjalarında aktivliyin daha da artması gözlənilir. Bununla yanaşı, sabah Bakı vaxtı ilə saat 23:00-da dərc ediləcək Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da investorların diqqət mərkəzindədir.

 

Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında ən çox gözlənilər senari Senatda respublikaçıların üstünlüyü əldə saxlamaları və demokratik aşağı palatadır. Bu baş verərsə, iqtisadi impulsların azalması ilə inkişafın dayanıqlığı zəifləyə bilər. Bazar bundan hal-hazırda çox narahatdır. ABŞ ilə Çin arasında çətinləşən ticarət münasibətləri də yumşala bilər.

 

2-ci senari: Demokratlardan ibarət Senat və demokratik aşağı palata. ABŞ prezidenti Donald Trampın siyasi mövqeyi zəifləyəcək. Bu, infrastruktur tədbirlərində inkişaf risklərini artıracaq və beləliklə, iqtisadi qeyri-müəyyənlik artmaqla, investisiyaların da yenidən azalması müşahidə edilə bilər. 

 

Daha az gözlənilər 3-cü senari: Respublikaçılardan ibarət Senat və respublikaçı aşağı palata. Bu vəziyyət bazarlarda risk iştahını qısa müddətliyinə yüksəldə bilər. ABŞ hökümətinin sərt xarici siyasəti və FED-in sərt monetar siyasəti yenidən diqqət mərkəzində olacaq.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

07.11.2018 05:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ