Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azexport" portalı “VISA İnternational” ilə əməkdaşlığa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azexport" portalı “VISA İnternational” ilə əməkdaşlığa başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə “VISA International” şirkəti  arasında əməkdaşlığa dair anlaşma Memorandumu imzalanıb.

 

Reklam_3_11

Memorandumun imzalanmasında məqsəd Azərbaycanda rəqəmsal və nağdsız ödənişlərin inkişaf etdirilməsi o cümlədən, qanunvericiliyin təkimilləşdirilməsi, “VISA International” şirkətinin digər ölkələrdə tətbiq etdiyi yeniliklərin Azərbaycana gətirilməsi, onlayn ticarətlə məşğul olmaq istəyən sahibkarlar üçün “merchant” hesabların açılmasının sadələşdirilməsi, Apple Pay, Samsung Pay və Google Pay ödəniş sistemlərinin işinin təmin edilməsi üçün zəruri platformanın hazırlanması kimi məsələlərə dair işbirliyi nəzərdə tutulur.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, “VISA International” şirkəti ilə imzalanan memorandum Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasına əhəmiyyətli töhfə verəcək: “Biz Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafını şərtləndirən  elektron kommersiya mühitin yaxşılaşdırılması, rəqəmsal ödəniş platformalarının əlçatanlığı və Visanın məlumatlar bazasına əsaslanan biznes analitika həllərinin hazırlanması və tətbiqində maraqlıyıq. “VISA International” şirkəti ilə imzalanan Memorandum vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş əhatəsinin xeyli genişlənməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi üçün etibarlı tərəfdaşlıq məqsədi daşıyır. Güman edirik ki, şirkətin bu sahədə mövcud qabaqcıl texnologiyalarının tətbiqi faydalı olacaq.” 

 

“VISA International”ın nümayəndələri isə bildiriblər ki, İİTKM ilə imzalanan memorandum çərçivəsində elektron bankçılıqdan istifadə edən əhalinin xüsusi çəkisi artacaq, elektron ticarətin həcmi böyüyəcək.

07.11.2018 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ