Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan məhsulu Finlandiyaya ixrac olunacaq - MÜQAVİLƏ İMZALANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsulu Finlandiyaya ixrac olunacaq - MÜQAVİLƏ İMZALANIB

(®) Azərbaycanın “Prometal” şirkəti Finlandiyanın “Profilikeskus” şirkətilə müqavilə imzalayıb.


 

Finlandiyanın şimalında yerləşən, dam örtükləri və fasad materialları istehsalına görə öz sahəsində lider olan “Profilikeskus” şirkəti ilə Azərbaycanın “Prometal” şirkəti arasında əmakdaşlıq müqaviləsi imzalanıb.

 

Bu barədə “Marja”ya “Prometal” şirkətindən bildirilib.

 

“Təsadüfi deyil ki, şirkətimizin yüksək keyfiyyətli məhsulları xüsusi testdən keçdikdən sonra “Profilikeskus” şirkətinin 2019-cu il üçün polimer örtüklü dəmir təchizatçısı seçildi.

 

Məhsullarımızın Finlandiya bazarına ixrac olmasının əsas səbəblərindən biri də yağışlı və qarlı hava şəraitinə uzun müddət davamlı olmasıdır.

 

Xatırladaq ki, dünyada ilk dəmir dam örtükləri də məhz Finlandiya şirkəti olan “Ranilla” tərəfindən istehsal edilmişdir. Bu da göstərir ki, Finlandiya dəmir dam örtüklərinin  ana vətəni olsa da “Unimetal” (“Prometal”ın bağlı olduğu şirkət) məhsullarına ehtiyac duyur. Çünki, “Prometal” məhsulları bütün daynıqlılıq və keyfiyyət testlərindən çox uğurlu  bir şəkildə keçmişdir. Zavodumuzda üstün keyfiyyətli məhsulların istehsalı zamanı məşhur Avstraliya şirkəti “Bronx International”ın qurğularından istifadə edilir",- Şirkətin məlumatında bildirilir.

 

Həmçinin məlumatda qeyd edilib ki, “Prometal”  ildə 50 min ton istehsal həcminə malikdir: “Xaricdən gətirilən boya və kimyəvi  maddələrə  görə “Prometal” şirkəti 15% rüsum ödəməli olur. Bunun səbəbi isə bu boyaların ölkəmizdə istehsal edilməməsidir. İqtisadiyyat Nazirliyinə təqdim olunan  güzəştlər planı təsdiqlənərsə, şirkətimiz tərəfindən məhsulların maya dəyəri azaldılacaq və yerli bazara münasib qiymətli, keyfiyyətli məhsullar təklif ediləcək”.

08.11.2018 06:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ