Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Qala Sığorta” “Mərkəz” filialının rəsmi açılışını qeyd edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” “Mərkəz” filialının rəsmi açılışını qeyd edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Müştərilərə göstərilən xidmətin keyifiyyətini daha da artırmaq, eləcə də müşərilərin rahatlığını düşünən “Qala Sığorta” bu dəfə paytaxt əhalisini sevindirib. Şirkət bu gün Bakı şəhəri, Afyəddin Cəlilov küçəsi, 10 ünvanında yerləşən “Mərkəz” filialının rəsmi açılışını qeyd edib.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, Mərkəz filialının açılmasında əsas məqsəd Bakı sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.

 

“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev: Bu gün biz “Qala Sığorta” şirkətinin Mərkəz filialının açılışını qeyd edirik. Paytaxt əhalisi filiala yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.

 

Ümumiyyətlə, filial və nümayəndəlik şəbəkəsinin coğrafiyasının genişləndirilməsi işini şirkətin sosial məsuliyyəti kimi də dəyərləndirmək olar. Çünki biz şəbəkə vasitəsi ilə öz məhsullarımızı təqdim etməklə yanaşı, vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait də yaradırıq. Vətəndaşlarımızın sığortadan rahat şəkildə yararlanması bizim ən prioriet sosial məsuliyyətlərimizdən biridir.

 

Məqsədimiz ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək. Qeyd edim ki, cari ilin əvvəlindən indiyədək Lənkəran, Gəncə, Sumqayıt və Tovuz nümayəndəliyinin rəsmi açılışları olub. Strategiyamıza uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəliyin açılışını planlaşdırırıq. Düşünürük ki, nümayəndəliklərin fəaliyyətə başlaması ilə vətəndaşlarımız “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər” deyə F.Allahverdiyev qeyd edib.

 

Qeyd edək ki, açılış mərasimidə Şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, “AzRe təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov və digər qonaqlar iştirak edib.   

 

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.

 

Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

08.11.2018 12:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ