Əhaliyə lizinqlə satış qadağan olunur

Azərbaycanda lizinqlə mal satışında ciddi dəyişikliklər gözlənilir. Bu barədə Vergilər Məcəlləsinə təklif olunan yeniliklərdən məlum olur.

 

Dəyişikliklər qəbul olunarsa, gələn lizinq şirkətləri sadə vətəndaşa 2019-cu ildən lizinq yolu ilə əmlak satmayacaqlar. Əməliyyat o zaman lizinq əməliyyatı hesab ediləcək ki, lizinqə götürənlər mütləq sahibkar olsun, lizinq obyekti isə əsas vəsait olsun.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Bu dəyişiklik Məcəllənin 140-cı maddəsində əksini tapacaq. Dəyişikliyə əsasən, həmin maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır.

 

İcarəyə verən tərəf maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün, icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır.

 

Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

 

YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL​

 

 

12 Noyabr 2018 , 09:24   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin