Yeni mis və molibden yataqları aşkarlanıb
Naxçıvanda yeni mis və molibden yataqlarının axtarışı istiqamətində müsbət nəticələr əldə olunub. Babək rayonundakı Toydaş sahəsində mis və molibden yataqları aşkarlanıb.
Son illər Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi burada geoloji-kəşfiyyat işlərinin əhatə dairəsini genişləndirib. Hazırda bir çox rayonlarda filiz yataqlarının axtarışı ilə əlaqədar işlər davam etdirilir.
Qeyd edək ki, muxtar respublikanın mineral xammal bazasını 200-dən artıq filiz və qeyri-filiz yataqları təşkil edir. Son illərdə muxtar respublika ərazisində müxtəlif tip filiz və qeyri-filiz yataqları idarə tərəfindən aşkarlanıb və öyrənilib.
Muxtar respublikanın mineral xammal ehtiyatlarının ümumi balansında filiz, qeyri-filiz faydalı qazıntıları kimi tikinti materialları da mühüm yer tutur. Culfa rayon Qaraqala su sahəsində 2016-cı ildə axtarış qiymətləndirmə işləri başa çatdırılıb, qum, çınqıl və gil xammalının ilkin geoloji hesabatı tərtib olunub. Əlincəçay hövzəsində də hazırda tikinti materiallarının axtarışı davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda təbii ehtiyatlardan səmərəli istifadənin genişləndirilməsi, mövcud yataqların geoloji kəşfiyyat işlərinin aparılması və onların istismara cəlb olunması ilə əlaqədar işlərin görülməsi də nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl