Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Devalvasiyanın yeksan etdiyi kredit təşkilatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Devalvasiyanın yeksan etdiyi kredit təşkilatı

Bir vaxtlar 230 milyon manatdan çox böyüklüyə malik olan "Finca Azərbaycan" təxminən 28 dəfə kiçilib.


 

“Finca Azərbaycan” qeyri-bank kredit təşkilatı 2016-cı ildəki 23 milyon 894 min manat zərərdən sonra 2017-ci ili 6 milyon 131 min manat xalis mənfəətlə başa vurub. Bu mənfəət təşkilatın biznes fəaliyyətindən qaynaqlanmır. “Finca Azərbaycan”, kreditorlardan əldə edilmiş güzəşt gəliri və təşkilatın kiçilməsi ilə bağlı olaraq azalan xərclər hesabına mənfəət təmin edib. 

 

“Marja” xəbər verir, ötən il kredit təşkilatının mənfəət vergisindən əvvəlki gəliri 10 milyon 47 min manat təşkil edib. Halbuki, “Finca Azərbaycan”ın 2016-cı ildə mənfəət vergisindən əvvəl 20 milyon 382 min manat zərər etmişdi.

 

ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET

 

Təşkilatın faiz gəlirləri 2016-cı ildəki 19 milyon 724 min manatdan ötən il  4 milyon 95 min manata düşüb (dəfəyə yaxın azalma). Həmçinin kreditorlardan alınmış güzəştlər üzrə gəlir 17 milyon 401 min manat təşkil edib. Bu gəlir təşkilatın xərclərini bağlamağa kifayət edib. 

 

“Finca Azərbaycan”ın ötən il mənfəətə çıxmasına -  xərclərini kəskin azaltması, ehtiyatlara ayırmanın aşağı düşməsi və xarici valyuta ilə əməliyyatlar üzrə mənfəət əldə etməsi səbəb olub.

 

Təşkilatın inzibati və digər əməliyyat xərcləri 16 milyon 478 min manatdan 7 milyon 496 min manata düşüb.

 

Əgər "Finca Azərbaycan" 2016-cı ildə ehtimal olunan kredit itkiləri üçün yaradılan ehtiyata 29 milyon 230 min manat ayırmışdısa, 2017-ci ildə bu məbləğ 895 min manat təşkil edib. 

 

AKTİVLƏRİ 8 MİLYONA DÜŞÜB

 

Hesabatda qeyd edilib ki, 31 Dekabr 2017-ci il tarixində “Finca Azərbaycan” 8 milyon 203 min manat, 2016-cı ilin sonunda isə 49 milyon 256 min manat cəmi aktivlərə malik olub.

 

Ötən il “Finca Azərbaycan” saytında yerləşdirdiyi hesabatında, 2015-ci ilin sonunda 230 milyon 392 min manat, 2016-cı ilin sonunda isə 87 milyon 216 min manat cəmi aktivlərə malik olduğunu açıqlamışdı. Həmin hesabatda, təşkilatın 2016-cı ili 38 milyon 661 min manat zərər ilə başa vurduğu qeyd edilmişdi. Yeni hesabatda göstərilən rəqəmlər tam fərqlidir.

 

Bir vaxtlar 230 milyondan çox cəmi aktivlərə malik olan təşkilatın ötən ilin sonunda təxminən 8 milyon manat cəmi aktivlərə malik olması diqqəti cəlb edir. Bu kiçilmə devalvasiyanın nəticəsində baş verib. 

 

"FİNCA Maliyyə göstəriciləri – 2017" hesabatına görə, müştərilərə verilmiş xalis kreditlər 2016-cı ilin sonundakı 31 milyon 298 min manatdan 3 milyon 320 min manata geriləyib.

12.11.2018 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ