Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Azərbaycan Akkreditasiya Mərkəzi”nə yeni səlahiyyət verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Akkreditasiya Mərkəzi”nə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikasının Qanunu imzalayıb.

 

"Marja" xəbər verir ki, dəyişkiliyə görə, məhsul nümunələrinin tədqiqi (sınağı) “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

Əvvəlki redaksiya


Maddə 27. Məhsul nümunələrinin tədqiqini (sınağını) aparan laboratoriyalar və digər təşkilatlara dair tələblər

 

27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

 

27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:


27.4.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq məhsul növlərinə uyğun tədqiqlərin (sınaqların) aparılması üçün akkreditasiya edilmiş;

 

Yeni redaksiya 

 

27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)​ tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

 

27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:

 

27.4.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq məhsul növlərinə uyğun tədqiqlərin (sınaqların) aparılması üçün akkreditasiya edilmiş;

 

Qanunun 27.1-ci və 27.4.1-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs həyata keçirir.

12.11.2018 15:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ