“Bank Respublika” səhmdarlarının yığıncağı keçirələcək

Devalvasiyaların mənfi təsirlərini məharətlə dəf etməyi bacarmış banklardan biri olan “Bank Respublika”nın səhmdar strukturunda dəyişiklik gözlənilir. Bankın səhmdarı və ya səhmdarları tərəfindən digər səhmdarın payı əldə ediləcəkdir.


 

18 Dekabr 2018-ci il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

Marja” Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Bankın mövcud səhmdar(lar)ı tərəfindən mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılığın verilməsi”, “Bank Respublika” ASC-də nizamanmənin təsdiq olunması haqqında” və “mükafatlandırma siyasətinin təsdiq edilməsi haqqında” məsələlər daxildir.

 

ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ  AL!

 

"Banklar haqqında" qanuna görə, mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.

13 Noyabr 2018 , 07:54   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin