Xaricdən alış-verişi səyahətçilər ilə mümkün edən yeni platforma - İcanbringit

Xaricdən məhsul almağın 2 əsas məlum üsulu var. Ya xaricdə olanda (səfər edəndə) maraqlandığınız məhsulu almaq, ya da xarici elektron ticarət saytları vasitəsilə məhsulları sifariş etmək. Başqa bir variant isə xaricdə olan dost-tanışlarınızdan ölkəyə gələn zaman həmin məhsulu alıb, gətirməyini xahiş etmək.

 

Bir çox xarici elektron ticarət saytlarının Azərbaycana çatdırılma xidməti yoxdur. İş belə olan halda ümid daşınmanı həyata keçirən şirkətlərinə qalır. Bu isə ölkələrdən asılı olaraq bəzən çox baha və gec ola bilir. Sürətli və rahat üsul xaricdən gələn dost-tanışa məhsulu alıb gəlməsini xahiş etməkdir.

 

Bəs bizim hər ölkədə dostumuz varmı? Yaxud onlar hər həftə Bakıya səfər edirmi? Cavab: Xeyr. Bugün haqqında danışacağımız startap (Icanbringit) isə sözügedən işi görür. Bu platforma sizə imkan verir ki, xaricdən ölkənizə gələn insanlara istədiyiniz məhsul sifarişini verəsiniz. Icanbring.it bazaryeri platforması səyahətedənlər və müxtəlif ölkələrdən məhsul almaq istəyən insanların cəmləşdiyi sosial platformadır. Platforma 2 əsas hissədən ibarətdir.

 

1-ci hissədə səfər yerləşdirən adamlar yer alır. Hər hansı bir şəxs müəyyən rotasiya üzrə səfər edən zaman, səfər detallarını platformada qeyd edir. Qarşı tərəf alıcı qismində isə əgər həmin ölkədən hansısa məhsulu istəyirsə bir neçə gün sonra ölkəsinə gələcək adama həmin məhsulu almasını sifariş edir. Belə olan halda isə xidmətə görə sifarişçi səyahət edənə müəyyən miqdarda ödəniş edir. Platforma bazaryeri əsaslı olduğu üçün qiymətləri tərəflər özləri tənzimləyirlər. Yaxud səyahət edən şəxs, məhsula və onun həcminə görə qiymətlər təyin edə bilir.

2-ci hissədə isə məhsul istəyən adamlar yerləşdirmə edir. Məsələn, mən Yaponiyadan bu məhsulu almaq istəyirəm. Həmin istiqamətdə səyahət edəcək şəxslər isə Icanbringit vasitəsilə səfər istiqamətlərinə uyğun məhsul təkliflərini dəyərləndirə bilirlər. Beləcə onlar həm səfər etmiş həm də qazanmış olurlar. Standart çatdırılma metodlarından fərqli olaraq, bu növ daşınmada qiymətlər daha ucuz, çatdırılma isə daha sürətli başa gəlir.

Startapın əsas biznes modeli baş verən satışların ödənişlərindən tutulan komissiya əsasında formalaşır. Platforma ödənişlərin təhlükəsizliyini təmin etmək və fraud halların qarşısını almaq üçün bulud həllərdən istifadə edir. Belə ki, alıcı tərəf səfər edənə ödənişi etdikdən sonra, məbləğ buludda saxlanılır. Qarşı tərəf məhsulu sifarişçiyə təqdim etdikdən sonra isə səfər edən şəxsin hesabına pul köçürülür. 

 

Startapın təsisçisi Eyvaz Hüseynovun sözlərinə görə şirkət hazırda Türkiyə, Rusiya, MENA və Şərqi Avropa bazarlarında fəaliyyət göstərir və bugünə qədər 800-dən çox istifadəçi ilə 120 uğurlu sifarişi həyata keçirib və hər ay 10% böyümə qətt edir.

 

Hazırda platformanın iOS və Android ƏS-li platformalar üçün mobil tətbiqi hazırlanmaqdadır. Eyvaz Hüseynov  açıqlamasında layihənin növbəti mərhələdə LATAM və Asiya bazarlarına çıxarmaqlarını planladığını bildirib. 

Qeyd edək ki, 6 aydır üzərində işlənilən layihə bu ilin İyul ayında Startap Çilinin ''Seed G20'' yarışında top 100 startap siyahısına daxil olmağı bacarıb.

icanbringit from icanbring.it on Vimeo.

13 Noyabr 2018 , 08:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin