Qeyri-neft məhsullarının ixracı kəskin azalıb
Manatın ucuzlaşdırılmasına baxmayaraq qeyri-neft məhsullarının ixracı artmır. 2016-cı ilin yanvar-oktyabr aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 20,6 faiz azalaraq 973,8 milyon dollar təşkil etmişdir. Bu barədə “Marja”ya Dövlət Statistik Komitəsindən bildirilib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 milyard 153,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyard 195,7 milyon dollarını və ya 50,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 6 milyard 958,0 milyon dollarını (49,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 237,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 13,4 faiz, o cümlədən ixrac 16,9 faiz, idxal isə 8,2 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 36,3 faizi Avropa İttifaqı ölkələrinin, 15,2 faizi MDB üzvü ölkələrinin, 48,5 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxalın ümumi dəyərinin 27,1 faizi Avropa İttifaqı ölkələrinin, 23,8 faizi MDB üzvü ölkələrinin, 49,1 faizi isə digər ölkələrin payına düşmüşdür.
İxracın ümumi dəyərinin 45,2 faizi Avropa İttifaqı ölkələrinin, 6,9 faizi MDB üzvü ölkələrinin, 47,9 faizi isə digər ölkələrin hesabına formalaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
1 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
1 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl