Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlığını sərtləşdirdi - "Qanunun ən sərt üzü ilə rastlaşacaqlar"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlığını sərtləşdirdi - "Qanunun ən sərt üzü ilə rastlaşacaqlar"

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması, rifahının təmin olunması istiqamətində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların qüsursuz olaraq yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə rastlaşması üçün zəruri tədbirlər görüləcəkdir".

 

Reklam_3_11

Agentlikdən "Marja"ya daxil olmuş açıqlamada deyilir:

 

Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk gündən etibarən qida sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirir, sahibkarları narahat edən problemlər öyrənilir və onların həlli birgə müzakirə olunur. Bu görüşlərin həyata keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır. Bununla əlaqədar Agentliyin rəhbərliyi tərəfindən dəfələrlə media vasitəsi ilə çağırışlar olmuş, qanunazidd hərəkətlər edən agentlik əməkdaşları və agentliyin adından istifadə edən şəxslərlə bağlı 1003 “Qaynar xətti”nə dərhal məlumatların verilməsi xahiş edilmişdir.

 

YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!

 

"Yerlərdə qanunsuz fəaliyyətlə məşğul olan bir sıra əməkdaşlarımız ifşa edilib"

 

Bu istiqamətdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən silsilə tədbirlər nəticəsində, Agentliyin yerlərdə fəaliyyət göstərən bir sıra əməkdaşları ilə yanaşı, qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs ifşa edilmiş və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuşlar.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması, rifahının təmin olunması istiqamətində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların qüsursuz olaraq yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə rastlaşması üçün zəruri tədbirlər görüləcəkdir.

 

“Qida təhlükəsizliyi” anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri, sahibkarları, istehlakçıları və aidiyyəti dövlət orqanlarını öz funksyalarına uyğun olaraq fəaliyyətlərini daha da gücləndirməyə, iş adamlarını, vətəndaşları sosial məsuliyyətdən irəli gələn əsil vətəndaş mövqeyi ortaya qoymaqla, hər hansı neqativ hallarla bağlı  dərhal Qida Təhlükəsizliyi Agentliyin “1003 Qaynar xətti”nə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.

13.11.2018 13:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ